G7 ölkələri Ukraynaya təcili humanitar yardım göstərməyə çağırıb

G7 ölkələri Ukraynaya təcili humanitar yardım göstərməyə çağırıb G7 (“Böyük Yeddilik”) ölkələri Ukraynaya humanitar yardımın artırılmasını zəruri hesab edir və bir sıra dövlətlərin bu ölkədən ərzaq təminatından asılı olduğunu xatırladır.
Digər ölkələr
18 Mart , 2022 04:17
G7 ölkələri Ukraynaya təcili humanitar yardım göstərməyə çağırıb

G7 (“Böyük Yeddilik”) ölkələri Ukraynaya humanitar yardımın artırılmasını zəruri hesab edir və bir sıra dövlətlərin bu ölkədən ərzaq təminatından asılı olduğunu xatırladır.

“Report” xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin danışıqlarının yekunlarına dair bəyanatında deyilir.

Sənəddə qeyd edilir ki, Ukrayna üçün humanitar səylər vacibdir və bu ölkə ətrafındakı vəziyyət Ukraynanın kənd təsərrüfatı sektorunun təchizatından asılı olan bir çox ölkələrdə ərzaq təhlükəsizliyi, qiymətlər üçün böyük nəticələrə malikdir.

Nazirlər həmçinin Ukrayna ilə həmsərhəd olan və bu ölkədən qaçqın axını ilə üzləşən dövlətlərə beynəlxalq yardımın artırılmasının vacibliyini təsdiqləyiblər. Bununla bağlı nazirlər adambaşına ən çox qaçqına ev sahibliyi edən Moldovanı xüsusi vurğulayıblar. Eyni zamanda G7 ölkələri həmçinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondu çərçivəsində Moldovaya yardım məsələlərini müzakirə etmək barədə razılığa gəliblər.

Nazirlər eləcə də Beynəlxalq Ədalət Məhkəməsinin Rusiyanın Ukraynaya təcavüzünü dayandırmasının zəruriliyi ilə bağlı qərarını alqışlayıblar və Moskvanı bu işdə görülməli olan müvəqqəti tədbirlərə uyğun hərəkət etməyə çağırıblar.

Son xəbərlər

Orphus sistemi