G7 liderləri Rusiyanı sabitliyi pozan davranışlara son qoymağa çağırıblar

G7 liderləri Rusiyanı sabitliyi pozan davranışlara son qoymağa çağırıblar "Böyük yeddilik" ölkələri Moskvanı cavab tədbirləri ilə hədələyiblər
Digər ölkələr
10 İyun , 2018 02:27
G7 liderləri Rusiyanı sabitliyi pozan davranışlara son qoymağa çağırıblar

Bakı. 10 iyun. REPORT.AZ/ G7 liderləri Rusiyanı sabitliyi pozan hərəkətlərə son qoymağa çağırıblar və Moskvanı cavab tədbirləri görəcəkləri ilə hədələyiblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə qrupun Kanadada keçirilən sammitinin yekun kommünikesində qeyd olunub.

"Biz Rusiyanı sabitliyi pozan davranışları, demokratik sistemləri pozmağı və Suriya rejimini dəstəkləməyi dayandırmağa çağırırıq", - deyə sənəddə bildirilir.

Yeddi dövlətin başçısı Rusiyaya qarşı əlavə tədbirlər görməyə hazır olduqlarını bəyan ediblər. "Yeddilik qrupu" həmçinin Böyük Britaniyanı Solsberidə zəhərlənmənin arxasında Moskvanın dayanması fikrində dəstəkləyiblər.

Bununla belə, liderlər regional böhranların və öz maraqlarında olan qlobal çağırışların həllində Rusiya ilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi