G20 sammiti zamanı vurulan ziyanın miqdarının 12 mln avro təşkil etdiyi müəyyənləşib

G20 sammiti zamanı vurulan ziyanın miqdarının 12 mln avro təşkil etdiyi müəyyənləşib Almaniyanın Sığortaçılar İttifaqı G20-nin Hamburqda keçirilən sammiti zamanı baş vermiş iğtişaşlar zamanı dəyən ziyanı müəyyən edib
Digər ölkələr
18 İyul , 2017 15:28
G20 sammiti zamanı vurulan ziyanın miqdarının 12 mln avro təşkil etdiyi müəyyənləşib

Bakı. 18 iyul. REPORT.AZ/ Almaniyanın Sığortaçılar İttifaqı (GDV) "Böyük İyirmiliyin" (G20) Hamburqda keçirilən sammiti zamanı baş vermiş iğtişaşlar nəticəsində vurulan ziyanın miqdarının 12 mln avro (13,8 mln dollar) təşkil etdiyini müəyyənləşdirib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir, söhbət təqribi qiymətləndirmədən gedir. Buraya avtomobillərə, yaşayış evlərinə, müəssisələrə dəyən ziyan da daxildir.

G20 sammiti iyulun 7-8-də Hamburqda keçirilib və tədbir kütləvi etiraz aksiyaları ilə müşahidə edilib.

Aksiya iştirakçıları avtomobilləri yandırıb, polislərə daş atıb, mağazaları qarət ediblər, 200-dən çox şəxs həbs edilib. 

Son xəbərlər

Orphus sistemi