Bakı. 10 iyun. REPORT.AZ/ G20 Sammiti gələn il iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.
Sammitin "Hamburg Messe" sərgi mərkəzinin ərazisində təşkil olunacağı planlaşdırılır.
G20-də sədrlik 2017-ci ildə Almaniyaya keçəcək.