​G7-nin XİN başçıları: "Bəşşar Əsəd siyasi səhnədən getməlidir"

​G7-nin XİN başçıları: "Bəşşar Əsəd siyasi səhnədən getməlidir" Nazirlər 2015-ci ildə Suriyada kimyəvi silahdan istifadədən narahatlıqlarını vurğulayıblar
Digər ölkələr
11 Aprel , 2016 18:41
​G7-nin XİN başçıları: Bəşşar Əsəd siyasi səhnədən getməlidir

Bakı. 11 aprel. REPORT.AZ/ Suriyada vəziyyətin tənzimlənməsi üçün Bəşşar Əsəd siyasi səhnədən getməlidir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, "Böyük-7"liyin (G7) xarici işlər nazirlərinin Yaponiyanın Xirosima şəhərində keçirilən toplantısının yekun bəyanatında vurğulanıb.

"Özündə Suriyanın bütün icmalarını təmsil edən, əhalisini müdafiə etməyi bacaran, terrorçuluğa qarşı mübarizə apara bilən və ölkənin yenidən qurulmasını həyata keçirməyi bacaran yeni hakimiyyətə son dərəcə ehtiyacı var", - deyə sənəddə bildirilib.

Nazirlər 2015-ci ildə Suriyada kimyəvi silahdan istifadədən narahatlıqlarını vurğulayıblar: "Həmin şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edirik".

Son xəbərlər

Orphus sistemi