Fueqo vulkanı yenidən fəallaşıb

Fueqo vulkanı yenidən fəallaşıb Səhər saatlarından vulkanın kraterində partlayışlar baş verir
Digər ölkələr
13 İyun , 2018 00:31
Fueqo vulkanı yenidən fəallaşıb

Bakı. 13 iyun. REPORT.AZ/ Qvatemalada püskürdükdən sonra 117 nəfərin həyatına son qoyan Fueqo vulkanı iyunun 12-də yenidən fəallaşıb.

“Report” xəbər verir ki, bu barədə Mərkəzi Amerika ölkəsinin Milli Seysmologiya İnstitutu məlumat yayıb.

Bildirilir ki, səhər saatlarından etibarən vulkanın kraterində partlayışlar başlayıb. Partlayış səsləri 10 km məsafədən eşidilir.

Vulkanın havaya atdığı qaz və kül 5 km hündürlüyə qədər qalxır.

Son xəbərlər

Orphus sistemi