​İraq prezidenti Britaniya vətəndaşlığından imtina edib

​İraq prezidenti Britaniya vətəndaşlığından imtina edib Fuad Məsum Britaniya vətəndaşlığı pasportunu krallığın səfirliyinə geri qaytarıb
Digər ölkələr
29 Dekabr , 2014 02:34
​İraq prezidenti Britaniya vətəndaşlığından imtina edib

Bakı. 29 dekabr. REPORT.AZ/ İraq prezidenti Fuad Məsum Böyük Britaniya vətəndaşlığını təsdiq edən pasportdan imtina edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Fuad Məsum krallıq hakimiyyətinə sənəd göndərərək Səddam Hüseynin diktaturası dövründə ona verilən sərbəst hərəkət etmək imkanına görə minnətdarlığını bildirib.

"Böyük Britaniya səfirliyi prezidentdən məktub, həmçinin hörmət və minnətdarlıqla geri qaytarılan pasport alıb", - deyə prezidentin dəftərxanasının bəyanatında bildirilir.

İraq konstitusiyasına görə, ali dövlət vəzifələrini tutan şəxslər öz ölkəsindən başqa heç bir dövlətin vətəndaşı ola bilməzlər.

Son xəbərlər

Orphus sistemi