FTX-nin müvəqqəti rəhbəri istefaya göndərilmiş Ceyms Kominin müavini təyin olunub

FTX-nin müvəqqəti rəhbəri istefaya göndərilmiş Ceyms Kominin müavini təyin olunub Komi istefaya göndərilməsi haqqında məlumata inanmayıb
Digər ölkələr
10 May , 2017 10:10
FTX-nin müvəqqəti rəhbəri istefaya göndərilmiş Ceyms Kominin müavini təyin olunub

Bakı. 10 may. REPORT.AZ/ Federal Təhqiqat Bürosunun rəhbəri Ceyms Kominin istefaya gönədərilməsindən sonra Büroya müvəqqəti olaraq onun müavini Endryu Makkeyb rəhbərlik edəcək.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru Ceff Seşnsın məktubunda deyilir.

NBC telekanalının məılumatına görə, ABŞ prezidenti Donald Tramp C.Kominin istefasından qısa müddət sonra E.Makkeyb ilə görüşüb.

Qeyd edək ki, D.Tramp C.Komini baş prokurorun - ədliyyə naziri Ceff Seşnsın tövsiyəsi ilə işdən azad edib. Prezident Kominin Büroya səmərəli rəhbərlik edə bilmədiyini söyləyib.

Prezidentin müvafiq sərəncamı barədə xəbəri FTX direktoru Los-Ancelesdə qurumun əməkdaşları qarşısında çıxışı alıb. O, teleekranda "qaçan sətirdə" təcili xəbəri görüncə bunu olduqca yaxşı oyun, zarafat kimi dəyərləndirib. Ancaq direktoru müşayiət edənlər onun çıxışını dayandırmasını və kabinetə getməli olduğunu qeyd ediblər. Elə orada ona istefası barədə məlumat çatdırılıb.

Son xəbərlər

Orphus sistemi