FTX: Krımda Ukraynanın 3 gəmisi saxlanılıb, xəsarət alanlar var

FTX: Krımda Ukraynanın 3 gəmisi saxlanılıb, xəsarət alanlar var Bakı. 26 noyabr. REPORT.AZ/ Ukraynanın Berdyansk, Nikopol və Yanı Kapu gəmiləri Krımda saxlanılıb.
Digər ölkələr
26 Noyabr , 2018 01:48
FTX: Krımda Ukraynanın 3 gəmisi saxlanılıb, xəsarət alanlar var

Bakı. 26 noyabr. REPORT.AZ/ Ukraynanın "Berdyansk", "Nikopol" "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, gəmilər Rusiya dənizçilərinin dərhal dayanma tələbinə məhəl qoymayıblar və bununla yanaşı, təhlükəli manevr ediblər. Onların saxlanılması üçün silahdan istifadə edilib.

Əməliyyat zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur. 

Son xəbərlər

Orphus sistemi