FTB Trampın şəxsi vəkilinin ofisində axtarış aparıb

FTB Trampın şəxsi vəkilinin ofisində axtarış aparıb Agentlər prezidentin vəkil ilə gizli yazışmaları özləri ilə aparıblar
Digər ölkələr
10 Aprel , 2018 02:45
FTB Trampın şəxsi vəkilinin ofisində axtarış aparıb

Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları prezident Donald Trampın şəxsi vəkili Maykl Koenin ofisində axtarış aparıblar və bəzi sənədləri özləri ilə götürüblər.

“Report” xəbər verir ki, bu barədə "New York Times" qəzeti yazıb.

Axtarış xüsusi prokuror Robert Müllerin qərarı əsasında aparılıb. Bunu qəzetə Koenin maraqlarını müdafiə edən hüquqşünas Stiven Rayan deyib.

Rayanın sözlərinə görə, FTB Koenin müştərilərlə apardığı gizli yazışmaları götürüb. Onların arasında vəkilin prezident Trampla yazışmaları da olub.

NYT-nin mənbəsi iddia edir ki, federal agentlər ofisdən həmçinin ABŞ prezidenti ilə yaxın münasibətlərinin olduğunu bildirən pornoaktrisa Stormi Denielsin hesabına 130 min dolların köçürülməsi ilə bağlı ödəniş sənədlərini də özləri ilə aparıblar.

Son xəbərlər

Orphus sistemi