FTB-nin ən çox axtardığı terrorçulardan biri Filippində öldürülüb

FTB-nin ən çox axtardığı terrorçulardan biri Filippində öldürülüb İsnilon Hapilon "Əbu Səyyaf" terror təşkilatının liderlərindən biri olub və FTB-nin "ən çox axtarılan terrorçular" siyahısında yer alıb
Digər ölkələr
16 Oktyabr , 2017 10:13
FTB-nin ən çox axtardığı terrorçulardan biri Filippində öldürülüb
Breitbart

Bakı. 16 oktyabr. REPORT.AZ/ Filippinin Maravi şəhərində İŞİD terror qruplaşmasını dəstəkləyən iki silahlı məhv edilib.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, bu barədə Filippinin müdafiə naziri Delfin Lorenzana bildirib.

Onun sözlərinə görə, keçirilən xüsusi əməliyyat nəticəsində İsnilon Hapilon və Omar Maueteni məhv etmək mümkün olub. Nazir silahlıların liderlərindən olan Mahmud Əhmədin hələ də azadlıqda olduğunu deyib.

Qeyd edilir ki, İ.Hapilon "Əbu Səyyaf" terror təşkilatının liderlərindən biri olub və ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB)  "ən çox axtarılan terrorçular" siyahısında yer alıb.

Son xəbərlər

Orphus sistemi