ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) 21,7 milyon DNT profili toplayıb ki, bu da ölkə əhalisinin təxminən 7 %-ni təşkil edir və bu məlumatların toplanması tempini artırmağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə
Bildirilib ki, 2024-cü maliyyə ilində (oktyabrın 1-dən başlayır) qurum cari 56,7 milyon dollarlıq xərclərlə yanaşı DNT kataloqları ilə iş üçün əlavə 53,1 milyon dollar xərcləməyi planlaşdırır.
Portal xatırladır ki, FTB-nin direktoru Kristofer Reyin sözlərinə görə, Büro hər ay təxminən 90 min DNT nümunəsi toplayır və bu rəqəmi aylıq 120 min və ya ildə, demək olar, 1,5 milyonadək çatdırmaq niyyətindədir.