Yuxarı
    Bağlamaq

    FTB-nin keçmiş rəhbəri: "Tramp mənə Flinlə bağlı təhqiqatı dayandırmağı tapşırdı"

    Müxalif demokratlar Trampın məsuliyyətə cəlb olunmasını tələb edib© Foto: AP

    Bakı. 7 iyun. REPORT.AZ/ ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) keçmiş rəhbəri Ceyms Komi bildirib ki, prezident Donald Tramp ona Maykl Flinlə bağlı təhqiqatı dayandırmağı tapşırıb.

    "Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

    Ceyms Komi yazılı ifadəsində Maykl Flinin "yaxşı oğlan" olduğunu qeyd edib. Bundan əvvəl isə "Washington Post" adı çəkilməyən mənbələrə istinadən bildirib ki, ABŞ prezidenti Donald Tramp kəşfiyyat rəhbərliyini sorğu-sual edib ki, kəşfiyyat prezidentin milli təhlükəsizlik üzrə keçmiş müşaviri, FTB-nin istintaqı altında olan Maykl Flinin işinə qarışa bilərmi? Tramp bundan sonra Flinlə bağlı təhqiqatı dayandırmağa çağıraraq prezidenti KİV vasitəsilə ittiham edən Komini işdən azad edib.

    Müxalif demokratlar Trampın ədalət mühakiməsinə maneçilik törətdiyinə görə məsuliyyətə cəlb olunmasını tələb edib. Flin Rusiya səfiri Sergey Kislyakla Vaşinqtondakı söhbətinin tam məzmununu açıqlamaması ittihamlarının fonunda istefaya gedib. ABŞ KİV-i isə xüsusi xidmət orqanlarına istinadən xəbər yayıb ki, Flinn Kislyak ilə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının götürülməsi imkanlarını müzakirə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi