Yuxarı
    Bağlamaq

    FTB dünyada kompüter və telefonlara giriş icazəsi alıb

    İndi xüsusi xidmət orqanının əməkdaşları yalnız ABŞ-da yox, həm də ölkə xaricində cihazlara giriş icazəsi əldə edəcəklər

    Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ Ali Məhkəməsi federal cinayət-prosessual məcəlləsinin 41-ci maddəsinə dəyişiklikləri təsdiq edib.

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, bununla da Federal Təhqiqat Bürosu (FTB) kompüter və telefonları sındıraraq onlara giriş icazəsi alıb.

    İndi xüsusi xidmət orqanının əməkdaşları ABŞ-ın istənilən məhkəməsindən formal icazə aldıqdan sonra yalnız ABŞ-da yox, həm də ölkə xaricində cihazlara giriş imkanı əldə edəcəklər. Bundan əvvəl FTB əməkdaşları yalnız şübhəli şəxsin ərazi baxımından bağlı olduğu məhkəmədən xüsusi icazə aldıqdan sonra cihazları "sındıra" bilirdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi