FTB ABŞ-da ən çox axtarılan cinayətkarlardan birini həbs edib

FTB ABŞ-da ən çox axtarılan cinayətkarlardan birini həbs edib FTB əməkdaşları Meysonu Kolorado ştatının Tornton şəhərində ələ keçirib
Digər ölkələr
16 Yanvar , 2016 11:16
FTB ABŞ-da ən çox axtarılan cinayətkarlardan birini həbs edib

Bakı. 16 yanvar. REPORT.AZ/ ABŞ Federal Təhqiqatlar Bürosu ölkədə ən çox axtarılan cinayətkarlardan birini həbs edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Maloh Cekori Meyson (Myloh Jaqory Mason) iki bank soyğunu və Denverdə silahdan atəş açma ilə əlaqədar axtarışda olub. Onun iştirakıyla baş verən cinayətlər ötən ilin sentyabr və noyabr aylarında həyata keçirilib.

Qurumun yaydığı xəbərə görə, caninin həbsi olaysız keçib. FTB əməkdaşları Meysonu Kolorado ştatının Tornton şəhərində ələ keçirib.

Son xəbərlər

Orphus sistemi