Yuxarı

Frontex: "Bu il Aİ sərhədlərini 1,55 milyon miqrant keçib"

Bu ilin noyabr ayında Avropa İttifaqının sərhədlərini 269 min miqrant qanunsuz keçib

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu ilin ilk 11 ayı ərzində Avropa İttifaqının sərhədlərini qanunsuz şəkildə keçən miqrantların sayı 1,55 milyon nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə Aİ-nin xarici sərhədlərin təhlükəsizliyi üzrə agentliyi olan "Frontex"in statistikasında məlumat verilib.

Bu ilin noyabr ayında Avropa İttifaqının sərhədlərini 269 min miqrant qanunsuz şəkildə keçib. 2014-cü ildə isə bütöv il ərzində bu rəqəm 283 min olub.

Qeyd olunur ki, miqrantların axını azalıb və bu, çox güman hava şəraitinin pisləşməsi ilə əlaqədardır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi