Bakı. 12 fevral. REPORT.AZ/ "Rusiya Bəşşar Əsəd rejiminə dəstəyini dayandırmalıdır". "Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, bu bəyanatı Fransa prezidenti Fransua Olland səsləndirib.
"Biz, əmin olmalıyıq ki, Əsəd vəzifəsini tərk edəcək", - deyən Olland, Rusiya hərbi aviasiyasının zərbələri nəticəsində Suriyada minlərlə dinc sakinin zərər çəkdiyini vurğulayıb.