Fransua Olland Parisdəki terrora görə G-20 sammitində iştirak etməyəcək

Fransua Olland Parisdəki terrora görə G-20 sammitində iştirak etməyəcək Sammitdə Fransanı xarici işlər naziri Loran Fabius və maliyyə naziri Mişel Sapen təmsil edəcək
Digər ölkələr
14 Noyabr , 2015 09:54
Fransua Olland Parisdəki terrora görə G-20 sammitində iştirak etməyəcək

Bakı. 14 noyabr. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland Parisdə törədilən terror aktlarına görə, Türkiyənin Antalya şəhərində keçiriləcək G-20 sammitində iştirak etməyəcək. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidenti Parisdəki terror aktları və çoxlu sayda insanın qətlə yetirilməsinə görə Türkiyəyə səfərdən imtina edib.

Sammitdə Fransanı xarici işlər naziri Loran Fabius və maliyyə naziri Mişel Sapen təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi