Fransua Olland: "Fransa Ukraynanı NATO sıralarında görmür"

Fransua Olland: "Fransa Ukraynanı NATO sıralarında görmür" "Fransa Ukraynada müharibəyə son qoymaq üçün diplomatik vasitələrlə əlindən gələni etməyə hazırdır"
Digər ölkələr
5 Fevral , 2015 15:49
Fransua Olland: Fransa Ukraynanı NATO sıralarında görmür

Bakı. 5 fevral. REPORT.AZ/ Fransa Ukraynada müharibəyə son qoymaq üçün diplomatik vasitələrlə əlindən gələni etməyə hazırdır və həmin ölkənin silahlarla təmin olunması məsələsini müzakirə etmək istəmir. "Report" xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland Parisdə keçirdiyi mətbuat konfransında bildirib. 

O, Ukraynanın NATO-ya qoşulmasını arzuolunmaz hesab etdiyini deyərək vurğulayıb ki, rəsmi Paris Kiyevin silahlarla təmin olunması məsələsi ilə bağlı müzakirələr aparmaq niyyətində deyil. 

"Fransa Ukraynada döyüşmür və həmin ölkədə müharibə istəmir, biz orada müharibənin qarşısını almaq istəyirik. Hazırda biz diplomatiya və siyasətin üstün gəlməsi üçün əlimizdən gələni etməliyik", - Fransa prezidenti söyləyib. 

Son xəbərlər

Orphus sistemi