Fransızların yarıdan çoxu bələdiyyə seçkilərində iştirak etmədi

Fransızların yarıdan çoxu bələdiyyə seçkilərində iştirak etmədi Fransada bələdiyyə seçkilərinin ilk turunun nəticələri məlum olub.
Digər ölkələr
16 Mart , 2020 03:03
Fransızların yarıdan çoxu bələdiyyə seçkilərində iştirak etmədi

Fransada bələdiyyə seçkilərinin ilk turunun nəticələri məlum olub.

“Report”un Fransa bürosu xəbər verir ki, koronavirus səbəbindən ölkə əhalisinin yalnız yarıdan azı seçkilərdə iştirak edib. Belə ki, ilkin məlumata əsasən ölkə üzrə əhalinin 56 faizi səsvermədə iştirak etməyib.

Paris şəhərinin meri vəzifəsinə namizədlər arasında şəhərin hazırki meri Anne Hidalgo 30,2 faiz səslə siyahıda birinci yerdədir. İkinci yerdə 22 faiz səs toplayan Raşida Dati və üçüncü yerdə 17,6 faiz səslə Agnes Buzyn qərarlaşıb.

Fransanın baş naziri Eduard Filip 54 faiz səslə Havre şəhərinin meri vəzifəsinə namizədlər arasında birinci yerdədir.

Seçkilərin 1-ci turunda Fransanın Parisdən sonra ikinci ən böyük şəhəri Lionun meri namizədləri arasında birinci yeri 29 faiz səslə Yaşıllar Partiyasından Gregory Doucet qazanıb. Bu şəhərin meri vəzifəsinə namizədliyini irəli sürmüş erməni mənşəli, “İrəliləyən Respublika” partiyasından namizəd Georges Kepenekian yalnız 12 faiz səs toplaya bilib.

Qeyd edək ki, Fransada bələdiyyə seçkilərinin ikinci turu martın 22-də keçirilməlidir. Lakin ölkədə koronavirusa yoluxanların sayı artmaqda davam edir. Fransada virusa yoluxanların ümumi sayı 5 423 nəfərə, ölənlərin sayı isə 127-yə çatıb. Ölkədə epidemiyanın 3-cü mərhələsinə keçid elan edilib.

Dünəndən etibarən Fransada restoranlar, kafelər, kinoteatrlar, idman zalları, yemək məmulatlarından başqa digər kommersiya məntəqələri və digər ictimai yerlərin fəaliyyəti aprelin 15-nə kimi dayandırılıb. Bu gündən isə növbəti rəsmi qərarla bağça, məktəb və ali təhsil ocaqları bağlı olacaq.

Son xəbərlər

Orphus sistemi