Fransızların üçdə iki hissəsi pensiya islahatına görə Nazirlər Kabinetinin istefasına tərəfdardır

Fransızların üçdə iki hissəsi pensiya islahatına görə Nazirlər Kabinetinin istefasına tərəfdardır Fransa vətəndaşlarının üçdə iki hissəsi pensiya islahatı səbəbindən Baş nazir Elizabet Born hökuməti üçün etimadsızlıq səsverməsinin keçirilməsini dəstəkləyir.
Digər ölkələr
20 Mart , 2023 15:14
Fransızların üçdə iki hissəsi pensiya islahatına görə Nazirlər Kabinetinin istefasına tərəfdardır

Fransa vətəndaşlarının üçdə iki hissəsi pensiya islahatı səbəbindən Baş nazir Elizabet Born hökuməti üçün etimadsızlıq səsverməsinin keçirilməsini dəstəkləyir.

"Report" xəbər verir ki, aparılmış sorğuda iştirak edən respondentlərin 68%-i etimadsızlıq səsverməsinin tərəfdarıdır. 2022-ci ildə Fransada keçirilmiş Prezident seçkilərində Emmanuel Makrona səs verənlərin isə 51%-i bu fikirdədir. Sorğuda mindən çox şəxs iştirak edib.

Martın 20-də Milli Assambleya (Fransa parlamentinin aşağı palatası) hökumətə etimad səsverməsinin keçirilməsi ilə bağlı iki müraciətə baxacaq. Onlardan biri Marin Le Penin Milli Birlik Partiyası, digəri isə müstəqil “Liot” parlament qrupu tərəfindən irəli sürülüb. Etibarsızlıq səsverməsinin keçirilməsi üçün 287 səs tələb olunur.

Xatırladaq ki, Fransa hökuməti martın 16-da pensiya islahatını təsdiqləyib. Bu qərarın təşəbbüskarının Fransa Prezidenti Emmanuel Makronun olduğu bildirilir. Bununla əlaqədar Fransa Prezidenti seçiciləri arasında populyarlığını itirib. Onun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb.

Son xəbərlər

Orphus sistemi