Fransızların təxminən 80 faizi Ollanddan narazıdır

Fransızların təxminən 80 faizi Ollanddan narazıdır Respondentlərin yalnlız 20 faizi prezidentin fəaliyyətini təqdirəlayiq hesab edir
Digər ölkələr
18 Aprel , 2015 08:14
Fransızların təxminən 80 faizi Ollanddan narazıdır

Bakı. 18 aprel. REPORT.AZ/ Fransa prezidenti Fransua Ollandın reytinqi rekord səviyyəyə düşüb.

"Report"un İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, “Le Figaro” nəşrinin sifarişi ilə keçirilən son sorğu naticəsində məlum olub ki, Fransızların 79 faizi dövlət başçısının fəaliyyətini mənfi qiymətləndirir. Respondentlərin yalnlız 20 faizi prezidentin fəaliyyətini təqdirəlayiq hesab edir. Yerdə qalanlar isə cavab verməkdə çətinlik çəkib.

Əgər növbəti bazar günü Fransada prezident seçkiləri keçirilsəydi, Fransua Olland ikinci tura çıxa bilməzdi. Ən yüksək nüfuza sahib siyasətçilər isə sabiq prezident Nikolya Sarkozi (28 faiz) ilə radikal sağçıların lideri xanım Marin Le Pendir (26 faiz). Olland isə ancaq 16 faiz səs toplayardı. 

Son xəbərlər

Orphus sistemi