Fransaya fevralın sonundan indiyədək 15 mindən çox ukraynalı qaçqın gəlib

Fransaya fevralın sonundan indiyədək 15 mindən çox ukraynalı qaçqın gəlib Fevralın sonundan bəri Fransaya 15 mindən çox ukraynalı qaçqın gəlib.
Digər ölkələr
15 Mart , 2022 21:04
Fransaya fevralın sonundan indiyədək 15 mindən çox ukraynalı qaçqın gəlib

Fevralın sonundan indiyədək Fransaya 15 mindən çox ukraynalı qaçqın gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron teleqram kanalında bildirib.

“Biz onlara yaşayış, eləcə də sosial, inzibati və sanitar məsələlərinin həllində köməklik göstəririk”, - o yazıb.

Fransa lideri əlavə edib ki, qaçqınlara dəstək səylərinin koordinasiyası üçün yaradılan sayta ukraynalı qaçqınların yerləşdirilməsi və ya digər yardımların göstərilməsi təklifləri ilə 33 mindən çox müraciət daxil olub.

Makron qeyd edib ki, ümumilikdə 3 milyona yaxın insan Ukraynanı tərk edib.

Son xəbərlər

Orphus sistemi