Fransanın yeni baş nazirinin adı açıqlandı

Fransanın yeni baş nazirinin adı açıqlandı Bildirilib ki, Jan Kasteks bundan əvvəl Fransa prezidenti administrasiyası başçısının müavini vəzifəsində işləyib.
Digər ölkələr
512
3 İyul , 2020 14:48
Fransanın yeni baş nazirinin adı açıqlandı
Jan Kasteks

Jan Kasteks Fransanın yeni baş naziri təyin olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Yelisey sarayı yayıb.

Fransa prezidenti ona hökuməti formalaşdırmağı tapşırıb.

O, bundan əvvəl Fransa Prezidenti Administrasiyası başçısının müavini vəzifəsində işləyib.

J.Kasteks ölkədə özünütəcrid rejimindən çıxma prosesinə kuratorluq edib. 

İngilis versiyası New French PM named