Fransanın XİN rəhbəri yanvarın 30-31-də İrana səfər edəcək

Fransanın XİN rəhbəri yanvarın 30-31-də İrana səfər edəcək Eyronu 60 fransalı sahibkar müşayiət edəcək
Digər ölkələr
28 Yanvar , 2017 00:31
Fransanın XİN rəhbəri yanvarın 30-31-də İrana səfər edəcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Fransanın xarici işlər naziri Jan-Mark Eyro 30-31 yanvar tarixlərində İranın paytaxtı Tehrana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Fransanın xarici siyasət idarəsinin kommünikesində deyilir.

Eyro səfər zamanı İran prezidenti Həsən Ruhani ilə görüşəcək, həmçinin iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə danışıqlar aparacaq. Siyasətçilər regional problemlər və 2015-ci ilin nüvə sövdələşməsini müzakirə edəcəklər.

Kommünikedə bildirilir ki, Eyronu 60-a yaxın fransalı sahibkar müşayiət edəcək. Onların bəzilərinin bir sıra sazişlər imzalayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi