Yuxarı
    Bağlamaq

    Fransanın xarici işlər naziri istefa verdiyini təsdiqləyib

    Loran Fabius: Sonuncu dəfə hökumətin iclasında iştirak etdim

    Bakı. 10 fevral. REPORT.AZ/ "Sonuncu dəfə hökumətin iclasında iştirak etdim".

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Loran Fabius iclasdan çıxandan sonra jurnalistlərə açıqlamasında bildirib.

    Məlumata görə, nazir tutduğu vəzifədən istefa verdiyini təsdiqləyib.

    Fransa prezidenti Fransua Olland onu əvəz edəcək şəxsin adını bu gün açıqlayacaq. 

    L.Fabius isə Fransa Konstitusiya Məhkəməsi Şurasının sədri təyin ediləcək. Artıq ölkə prezidenti F.Olland Fransa Konstitusiya Məhkəməsi Şurası sədriliyinə L.Fabiusun namizədliyini irəli sürüb

    Qeyd edək ki, ötən ayın sonunda müstəntiqlər Loran Fabiusun oğlu Tom Fabiusu dələduzluq və çirkli pulların yuyulması işi ilə bağlı dindirib.

    Söhbət 2013-cü ildə yüksək vəzifəli diplomatın oğlunun gəlir mənbələrini müəyyən etmək məqsədilə açılan cinayət işindən gedir. Müstəntiqləri xüsusilə Tom Fabiusa məxsus olan və 2012-ci ildə 7 milyon avroya alınan Parisdəki mənzil maraqlandırıb.

    Bu işlə bağlı fransalı nazirin oğlu dekabr ayının ortalarında 12 saat müddətinə həbs olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi