Fransanın xanım siyasətçisi məhkəməyə verilib

Fransanın xanım siyasətçisi məhkəməyə verilib Fransa Milli Yığıncaq Partiyasının sədri Marin le Pen məhkəməyə verilib.
Digər ölkələr
6 İyun , 2019 17:56
Fransanın xanım siyasətçisi məhkəməyə verilib

Fransa Milli Yığıncaq Partiyasının sədri Marin le Pen məhkəməyə verilib. 

"Report"un Fransa bürosu xəbəb verir ki, o, bu barədə özünün "Tvitter" səhifəsində yazıb. 

Xanım siyasətçi məhkəmə sənədini icazəsiz dərc etməkdə günahlandırılır. 

Belə ki, Marin le Pen bundan əvvəl "Tvitter" səhifəsində İŞİD-ə məxsus zorakılıq əməlləri görünən şəkil dərc edib. Bu səbəbdən ona psixiatrik müayinədən keçməsi üçün məhkəmə qərarı təqdim olunub. Ancaq partiya sədri məhkəmə prosesi yekunlaşmamış qərarı qanunsuz olaraq "Tvitter" səhifəsində paylaşıb.

Fransa qanunvericiliyinə əsasən, hökm olmadan məhkəmənin hər hansı bir qərarını dərc edərək ictimailəşdirmək qadağandır.

Son xəbərlər

Orphus sistemi