Bakı. 23 aprel. REPORT.AZ/ Fransanın şimalında qaz sızması nəticəsində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 5 nəfərə çaıb. "Report" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat verib.
Telekanalın məlumatına görə, hadisədə 4 nəfər yüngül xəsarət alıb, beşincisinin isə vəziyyəti barədə heç bir məlumat yoxdur. Eyni zamanda, 1 nəfərin taleyinin naməlum olduğu bildirilir.
*** 17:52
Fransanın şimalında qaz sızması nəticəsində baş vermiş partlayışda azı 3 nəfər yaralanıb. 1 nəfər dağıntılar altında qalıb, daha 3 nəfərin taleyi isə naməlumdur.
"Report" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat verib.
Dağıntılar altında qalmış şəxs barədə isə şüurunun yerində olması xəbəri var.
Binanın təxminən 30 sakini evakuasiya edilib.
*** 17:31
Fransanın şimalında yerləşən Nonankur şəhərində yaşayış binasında güclü partlayış olub.
"Report" xəbər verir ki, bu barədə "FrancetvInfo" məlumat yayıb.
Hazırda ölən və yaralananların olduğu bildirilir. Məlumata görə, partlayış qurbanlarının bəziləri dağıntılar altında qala bilər.
Hələlik partlayışın səbəbləri məlum deyil.