Fransanın Orli şəhər aeroportunda güclü yanğın baş verib

Fransanın Orli şəhər aeroportunda güclü yanğın baş verib Yanğın aeroportun uçuş-eniş zolağında qeydə alınıb
Digər ölkələr
29 Mart , 2017 22:24
Fransanın Orli şəhər aeroportunda güclü yanğın baş verib

Bakı. 29 mart. REPORT.AZ/ Fransanın Orli kommunasının hava limanında yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə hadisə şahidinə istinadən BFMTV telekanalı məlumat yayıb.

Öz növbəsində "Parisien" qəzeti yanğınsöndürənlərə istinadən yazır ki, martın 29-u günün ikinci yarısında aeroportun uçuş-eniş zolağında baş verib.

Qeyd olunur ki, insident hava limanının işinə maneəçilik törətməyib.

Son xəbərlər

Orphus sistemi