Yuxarı

Fransanın Nitsa şəhərində terror qurbanlarının sayı 86 nəfərə çatıb

İyulun 14-də törədilən terror zamanı yaralananlardan biri vəfat edib

Bakı. 20 avqust. REPORT.AZ/ İyulun 14-də Fransanın Nitsa şəhərində törədilən terror aktı nəticəsində yaralananlardan biri xəstəxanada keçinib.

"Report" xəbər verir ki, bu barədə Fransanın hadisə qurbanlarına yardım üzrə dövlət katibi Jülyett Meadel məlumat verib.

"Biz Nitsa şəhərində terror aktı zamanı xəsarət alan kişinin vəfatı xəbərini dərin kədər hissi ilə öyrəndik. İndi öldürülmüş insanların sayı 86 nəfərdir", - deyə Meadelin bəyanatında bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi