Fransanın Nitsa şəhəri sahilində dənizdən 250 kiloqramlıq bomba tapılıb

Fransanın Nitsa şəhəri sahilində dənizdən 250 kiloqramlıq bomba tapılıb Onun II Dünya müharibəsi illərinə aid olduğu ehtimal edilir
Digər ölkələr
5 May , 2017 03:53
Fransanın Nitsa şəhəri sahilində dənizdən 250 kiloqramlıq bomba tapılıb
Ren.tv

Bakı. 5 may. REPORT.AZ/ Fransanın Nitsa şəhəri sahilindən 50 metr aralıda çəkisi 250 kiloqram olan bomba tapılıb.

"Report" xəbər verir ki, bu barədə "Nice Matin" nəşri yazıb.

Onu arxeoloji tədqiqat aparan və təsadüfən döyüş sursatına rast gələn dalğıc aşkar edib. Bomba dənizin 12 metr dərinliyində olub.

Onun mənşəyi müəyyən edilməyib. Bombanın II Dünya müharibəsi illərinə aid olduğu ehtimal edilir.

Yaxınlıqdakı çimərliyin əhalisi təxliyə edilib. Gəmilərin həmin ərazidə üzməsinə qadağa qoyulub.

Son xəbərlər

Orphus sistemi