Fransanın müxalifət partiyaları yeni hökumətdəki mandatlardan imtina ediblər

Fransanın müxalifət partiyaları yeni hökumətdəki mandatlardan imtina ediblər Fransanın müxalifət partiyaları yeni hökumətdəki mandatlardan imtina ediblər.
Digər ölkələr
4 İyul , 2022 22:41
Fransanın müxalifət partiyaları yeni hökumətdəki mandatlardan imtina ediblər

Fransanın müxalifət partiyaları yeni hökumətdəki mandatlardan imtina ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Nazirlər Kabinetinin yeni tərkibinin ilk iclasında deyib.

"Baş nazir Elizabet Born mənə ötən həftəki məsləhətləşmələrin nəticələri barədə məlumat verib. Müxalifət partiyalarının koalisiya hökumətində iştirak etmək istəyinin olmadığını nəzərə almaq lazımdır", - Makron bildirib.

Makron vurğulayıb ki, ölkədəki siyasi vəziyyət hökumətdən iddialı və fəal mövqe tələb edir.

“Ölkəmizə islahatlara, eləcə də çətin kompromislərə getmək ehtiyacı var. Fransa üçün əsl müstəqillik qurmaq üçün xüsusilə ekologiya və demoqrafiya sahəsində dərin dəyişikliklər etmək lazım gələcək", - Makron əlavə edib.

Son xəbərlər

Orphus sistemi