Yuxarı
    Bağlamaq

    Fransanın müdafiə naziri sosialistlərin debatları zamanı yatıb

    Canlı yayımlanan müzakirələrdən kadrı jurnalist Toma Vampuy yayıb

    Bakı. 26 yanvar. REPORT.AZ/ Fransanın müdafiə naziri Jan-İv Le Drian Sosialistlər Partiyasından prezidentliyə namizədlərin həlledici praymerizi zamanı yatıb.

    Bu barədə "Report" "Rosbalt"a istinadən xəbər verir.

    Canlı yayımlanan müzakirələrdən həmin anın kadrını jurnalist Toma Vampuy "Twitter" hesabında yayıb. Şəkildə nazirin başının aşağı, əllərinin isə dizlərinin üstündə olduğu aydın görübür.

    "Le Drian artıq yatır", - T.Vampuy fotoya şərhdə yazıb.

    Qeyd edək ki, sosialistlərin debatları partiya ilkin seçimlərinin ikinci mərhələsi ərəfəsində keçirilib. Seçkilərdə keçmiş təhsil naziri Benua Amon və keçmiş baş nazir Manuel Vals liderlik edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi