Fransanın keçmiş XİN başçısının evi qarət edilib, 120 min avroluq əşya oğurlanıb

Fransanın keçmiş XİN başçısının evi qarət edilib, 120 min avroluq əşya oğurlanıb Fransanın keçmiş xarici işlər naziri Filipp Dust-Blazinin Parisdəki evindən oğrular 120 min dəyərində əşya aparıblar.
Digər ölkələr
28 Fevral , 2024 15:47
Fransanın keçmiş XİN başçısının evi qarət edilib, 120 min avroluq əşya oğurlanıb

Fransanın keçmiş xarici işlər naziri Filipp Dust-Blazinin Parisdəki evindən oğrular 120 min dəyərində əşya aparıblar.

“Report” xəbər verir ki, bu barədə “Europe-1” radiostansiyası bildirib.

Məlumata görə, keçmiş nazirin iki “Patek Philippe” markalı saatı, zinət əşyaları, dəri geyimlər və başqa bahalı paltarlarının da oğurlandığı bildirilib.

İnformasiyaya əsasən, hadisə baş verən zaman keçmiş nazir evdə olmayıb. Qeyd edək ki, Fillipp Dust-Blazi 1995-1997-ci illərdə Fransanın mədəniyyət, 2004-2005-ci illərdə səhiyyə və sosial müdafiə, 2005-2007-ci illərdə isə xarici işlər naziri vəzifəsində işləyib.

Son xəbərlər

Orphus sistemi