Fransanın keçmiş prezidenti Nikola Sarkozi saxlanılıb

Fransanın keçmiş prezidenti Nikola Sarkozi saxlanılıb O, hazırda polis tərəfindən dindirilir
Digər ölkələr
20 Mart , 2018 11:47
Fransanın keçmiş prezidenti Nikola Sarkozi saxlanılıb
Nikola Sarkozi

Bakı. 20 mart. REPORT.AZ/ Fransanın keçmiş prezidenti Nikola Sarkozi saxlanılıb. 

"Report" "Reuters"a istinadən xəbər verir ki, o, prezident seçkiləri zamanı siyasi kampaniyanın maliyyələşdirilməsində qanun pozuntularında ittiham olunur. 

Məlumata görə, N.Sarkozi hazırda polis tərəfindən dindirilir. 

Eks-prezident öz seçki kampaniyası üçün Liviyadan qeyri-qanuni vəsaitlərin cəlb edilməsi ilə bağlı istintaqa cəlb olunub.

Qeyd edək ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.

Son xəbərlər

Orphus sistemi