Fransanın Hindistana 36 döyüş təyyarəsi satması barədə razılıq əldə edilib

Fransanın Hindistana 36 döyüş təyyarəsi satması barədə razılıq əldə edilib Son illər iki ölkə arasında əməkdaşlıq inkişaf edir
Digər ölkələr
12 Aprel , 2015 11:12
Fransanın Hindistana 36 döyüş təyyarəsi satması barədə razılıq əldə edilib

Bakı. 12 aprel. REPORT.AZ/ Fransada rəsmi səfərdə olan Hindistanın baş naziri Narendra Modi aprelin 10-da prezident Fransua Olland tərəfindən Yelisey sarayında qəbul edilib.

"Report"un AZƏRTACa istinadən verdiyi xəbərə görə, görüşdə ilk ölkə arasında münasibətlər və əməkdaşlıq məsələləri ilə yanaşı, Fransanın Hindistana 36 ədəd “Rafale” döyüş təyyərələrini satması ətrafında müzakirələr aparılıb.

Son illər iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyi vurğulanan görüşdə “Rafale” təyyarələrinin alınması barədə razılıq əldə olunub.

Bir ay müddətində təyyarələrin alınması ilə bağlı müqavilələrin imzalanması məqsədəuyğun hesab edilib.

Son xəbərlər

Orphus sistemi