Yuxarı

Fransanın cənubunda naməlum şəxs hoteli ələ keçirib

Hüquq-mühafizə orqanları Provans regionunun Bollen kommunasındakı Formula 1 hotelini mühasirəyə alıb

Bakı. 19 iyul. REPORT.AZ/ Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları Provans regionunun Bollen kommunasındakı "Formula 1" hotelini mühasirəyə alıb.

"Report" "Life" portalına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hoteli bıçaqlı, bəlkə də odlu silahlı şəxs ələ keçirib.

Hazırda həmin şəxs hotelin içərisindədir. Mehmanxana ətrafında polis təhlükəsizlik çevrəsi yaradıb.

Naməlum şəxsin addımının motivləri məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi