Fransanın baş naziri: “Muzeyə hücum terror aktıdır”

Fransanın baş naziri: “Muzeyə hücum terror aktıdır” Müdafiə naziri Jan-İv le Drian patrula hücumla əlaqədar səfərini dayandıraraq Parisə qayıdıb
Digər ölkələr
1207
3 Fevral , 2017 15:38
Fransanın baş naziri: “Muzeyə hücum terror aktıdır”

Bakı. 3 fevral. REPORT.AZ/ “Parisdə Luvr muzeyinə hücumda terror aktının bütün əlamətləri var”.

"Report” BFMTV-yə istinadən xəbər verir ki, bunu Fransanın Baş naziri Bernar Kaznev bildirib.

“Hücum terror xarakterli olub”, - baş nazir vurğulayıb.

Məlumata görə, fevralın 3-də naməlum şəxs muzeyin qarşısındakı patrula bıçaqla hücum edib. Hərbçi ona cavab olaraq atəş açıb. Hücum edənin qarın boşluğundan yaralanaraq hospitala aparıldğı bildirlib. Hərbçilərdən bir də yüngül yaralanıb. Onu da hospitala yerləşdiriblər.

Fransanın müdafiə naziri Jan-İv le Drian muzeyin qarşısındakı patrula hücumla əlaqədar ölkənin şimal-qərbində yerləşən Bretan bölgəsinə səfərini dayandıraraq Parisə qayıdıb.

Ölkənin Daxili İşlər Naziliyinin rəsmi nümayəndəsi Pyer Anri Brande bildirib ki, Luvr muzeyi yaxınlığındakı hərbi patrula hücum etməkdə şübhəli bilinən ikinici adam saxlanılıb: “Məsələyə prokurorluq aydınlıq gətirəcək”. Onun sözlərinə görə, hücum edənlərdən biri hərbçilərin açdığı atəş nəticəsində yaralanıb və hazırda xəstəxanada nəzarət altındadır. 

Son xəbərlər

Orphus sistemi