Bakı. 21 oktyabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərindəki “Vnukova” aeroportunda 5 nəfərin həlak olması ilə nəticələnən təyyarə qəzası baş verib. “Report” xarici KİV-lərə istinadən xəbər verir ki, qəza zamanı təyyarədə olan Fransanın “Total” neft şirkətinin prezidenti Krostof de Morjeri həlak olub.
“Falcon” modelli təyyarə havaya qalxmaq üçün sürət qazanan vaxt qarşısına çıxan qar təmizləyən maşına çırpılıb. Nəticədə təyyarədə olan 4 nəfər ekipaj üzvü və həmçinin “Total” neft şirkətinin prezidenti Krostof de Morjeri ölüb.