Fransanın baş naziri Nazirlər Kabinetinin istefaya getdiyini elan edib

Fransanın baş naziri Nazirlər Kabinetinin istefaya getdiyini elan edib Yeni Nazirlər Kabineti yaxın vaxtlarda formalaşa bilər
Digər ölkələr
26 Avqust , 2014 12:47
Fransanın baş naziri Nazirlər Kabinetinin istefaya getdiyini elan edib

Bakı. 26 avqust. REPORT.AZ/ Fransanın baş naziri Manuel Vals Nazirlər Kabinetinin istefaya getdiyini elan edib.

Report-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hökumətin dəyişdirilməsinə Avropa Birliyi və Almaniyanın iqtisadi siyasətinin tənqid olunması səbəb olub. 

Bazar ertəsi Manuel Vals rəhbərlik etdiyi Nazirlər Kabinetinin istefası haqqında ərizəni prezident Fransua Ollanda təqdim edib. Öz növbəsində dövlət başçısı baş nazirin ərizəsini təmin edib və yeni hökuməti formalaşdırmağı tapşırıb. 

Yeni Nazirlər Kabineti yaxın vaxtlarda formalaşa bilər.

Son xəbərlər

Orphus sistemi