​Fransadan Misirə uçan sərnişin təyyarəsi radarlardan itib - ƏLAVƏ OLUNUB

​Fransadan Misirə uçan sərnişin təyyarəsi radarlardan itib - ƏLAVƏ OLUNUB Təyyarənin göyərtəsində 68 nəfər olub
Digər ölkələr
19 May , 2016 07:05
​Fransadan Misirə uçan sərnişin təyyarəsi radarlardan itib - ƏLAVƏ OLUNUB

Bakı. 19 may. REPORT.AZ/ Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Paris-Qahirə reysini yerinə yetirən zaman radar ekranlarından itib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı aviaşirkətdə olan mənbələrə istinadən Misirin "Youm7" xəbər portalı məlumat yayıb.

Onun göyərtəsində 58 sərnişin və 10 heyət üzvü olub.

"MS804" reysi mayın "Şarl-de-Qoll" hava limanından 18-i Paris vaxtı ilə 23:09-da uçub.

***ƏLAVƏ OLUNUB

Misirin "Əl-Vafd" xəbər portalının məlumatına görə, sərnişin təyyarəsi Yunanıstanın hava məkanına daxil olduqdan 20 dəqiqə sonra radardan itib.

Onun göyərtəsində müxtəlif məlumatlara görə, 58-59 sərnişin və 5-6 heyət üzvü olub.

Qeyd olunur ki, Yunanıstanın aviasiya rəhbərliyi Misiri təyyarənin yoxa çıxması barədə məlumatlandırıb. Təyyarəni tapmaq cəhdləri hələ də müsbət nəticə verməyib.

***

"Youm7" portalının məlumatına görə, "EgyptAir" aviaşirkəti xüsusi operativ qərargah yaradıb. Qərargaha itmiş təyyarə ilə bağlı vəziyyəti izləmək üçün bütün aviasiya xidmətlərinin nümayəndələri daxil edilib.

Son xəbərlər

Orphus sistemi