Fransada zəncirvari yol qəzasında təxminən 60 nəfər xəsarət alıb

Fransada zəncirvari yol qəzasında təxminən 60 nəfər xəsarət alıb Qəzada xəsarət alanlardan dördünün vəziyyəti ağırdır
Digər ölkələr
30 Yanvar , 2017 12:41
Fransada zəncirvari yol qəzasında təxminən 60 nəfər xəsarət alıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Fransanın paytaxt regionda baş verən zəncirvari yol qəzasında təxminən 60 nəfər xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qəza zamanı yük maşını, iki avtobus və bir neçə minik avtomobili toqquşub.

İvelin bölgəsindəki qəzada xəsarət alanlardan dördünün vəziyyəti ağırdır. 55 nəfər isə yüngül xəsarətlər alıb.

A13 avtomobil magistralının Paris istiqamətində olan yolu tam bağlanılıb. Qəza yerinə 100-ə yaxın yanğınsöndürən və xilasedici cəlb edilib.

Son xəbərlər

Orphus sistemi