Bakı. 8 fevral. REPORT.AZ/ Paris ətrafında yerləşən elektron sənayə tullantılarının emalı zavodunda partlayış baş verib.
"Report" AFP-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 16 nəfər yaralanıb.
Partlayış doğrayıcı qurğunun yerləşdiyi sexdə qeydə alınıb. Partlayışdan sonra baş verən yanğın qısa zamanda binaya ziyan vurmadan söndürülüb.
Partlayış zamanı zavodda olan işçi heyəti təxliyə edilib. Binanı tərk edən 43 nəfərdən 16-sı yaralanıb. Yaralıların birinin vəziyyəti kritikdir. Yaralılar şəhər ətrafındakı xəstəxanalara yerləşdiriliblər.