Fransada yeni il gecəsi 900-dən artıq avtomobil yandırıblar və ya xəsarət yetiriblər

Fransada yeni il gecəsi 900-dən artıq avtomobil yandırıblar və ya xəsarət yetiriblər Son 5 ildə yandırılan avtomobillərin sayı 20% azalıb
Digər ölkələr
2 Yanvar , 2017 19:08
Fransada yeni il gecəsi 900-dən artıq avtomobil yandırıblar və ya xəsarət yetiriblər

Bakı. 2 yanvar. REPORT.AZ/ Fransada yeni il gecəsi 900-dən artıq avtomobil yandırılıb və ya xəsarət yetirilib.

“Report” RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, dekabrın 31-dən yanvarın 1-i səhərədək yandırılmış avtomobillərin sayı 650 olub. Ötən gecə isə 602 avtomobil tamamilə yandırılıb və yaxud zədələnib.

Qeyd olunur ki, son 5 ildə yandırılan avtomobillərin sayı 20% azalıb.

Son xəbərlər

Orphus sistemi