Fransada yaşayış binasının eyvanı uçub, 4 ölü, 11 yaralı

Fransada yaşayış binasının eyvanı uçub, 4 ölü, 11 yaralı Hadisə zamanı eyvanda 15 tələbə olub
Digər ölkələr
16 oktyabr 2016 04:50
Fransada yaşayış binasının eyvanı uçub, 4 ölü, 11 yaralı

Bakı. 16 oktyabr. REPORT.AZ/ Fransanın qərbindəki Anje şəhərində yaşayış binasının 4-cü mərtəbəsinin eyvanı uçub.

"Report" xəbər verir ki, bu barədə "Ouest-France" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə dünən yerli vaxtla saat 23:30-da baş verib. Hadisə zamanı eyvanda 15 tələbə olub. Onlardan 4-ü ölüb, 11-i xəsarət alıb.

Hadisə zamanı binanın 3-cü və 2-ci mərtəbələrinin də eyvanları dağılıb.

Son xəbərlər

Orphus sistemi