Fransada yaşayan katalonlar Puçdemona sığınacaq verməyə hazırdırlar

Fransada yaşayan katalonlar Puçdemona sığınacaq verməyə hazırdırlar Şimali Kataloniyanın öz müqəddəratını təyin etmək komitəsinin rəhbəri Rober Kasanovas villasını Puçdemon və ailəsinin sərəncamına verməyə hazırdır
Digər ölkələr
30 Oktyabr , 2017 10:32
Fransada yaşayan katalonlar Puçdemona sığınacaq verməyə hazırdırlar

Bakı. 30 oktyabr. REPORT.AZ/ Fransada iki katalon cəmiyyəti İspaniya hökuməti tərəfindən hakimiyyətdən uzaqlaşdırılmış Karles Puçdemonu və onun hökumətinin üzvlərini mümkün həbsdən xilas olmaq istəyəcəkləri təqdirdə qəbul etməyə hazır olduqlarını bildiriblər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Kataloniyanın öz müqəddəratını təyin etmək komitəsinin rəhbəri Rober Kasanovas Teza şəhərindəki villasını Puçdemon və ailəsinin sərəncamına verməyə hazırdır.

Xatırladaq ki, keçən həftə İspaniya hökuməti Kataloniya parlamentini buraxmaq və Puçdemonu vəzifədən uzaqlaşdırmaq barədə qərar verib. Regionda Madridin birbaşa rəhbərliyi tətbiq olunur. Dekabrın 21-də isə Kataloniyada parlament seçkiləri keçiriləcək.

Eyni zamanda, İspaniya rəhbərliyi Puçdemonun Kataloniyada regional seçkilərdə iştirakına etiraz etməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi