Fransada üzərində "şəhid kəməri" olan şəxs kilsəyə girib

Fransada üzərində "şəhid kəməri" olan şəxs kilsəyə girib Bakı. 9 aprel. REPORT.AZ/ Fransada üzərində şəhid kəməri olan şəxs kilsəyə girib.
Digər ölkələr
585
9 Aprel , 2018 02:34
Fransada üzərində şəhid kəməri olan şəxs kilsəyə girib

Bakı. 9 aprel. REPORT.AZ/ Fransada üzərində "şəhid kəməri" olan şəxs kilsəyə girib.

"Report" xəbər verir ki, bu barədə "Presse Ocean" məlumat yayıb.

Məlumata görə, hadisə Nant şəhərində baş verib. Hüquq-mühafizə orqanları üzərində partladıcı maddələrin olduğu şəxsin kilsəyə daxil olması barədə məlumat əldə ediblər.

Hadisə ilə əlaqədar Müqəddəs Nikolay kilsəsində və onun ətrafında təhlükəsizlik tədbirləri görülüb. Polis təxliyə işlərini həyata keçirib və binanı əhatəyə alıb. Hadisə yerinə habelə yanğınsöndürənlər və hərbçilər göndərilib. Görülmüş tədbirlər nəticəsində şübhəli şəxs yaxalanıb.

Bundan sonra kilsənin mühasirəsinə son qoyulub.

Son xəbərlər

Orphus sistemi