Fransada uşaqlar məktəbə üç yaşından gedəcək

Fransada uşaqlar məktəbə üç yaşından gedəcək Yeni dərs ilindən etibarən Fransada məktəblər uşaqlar üçün 3 yaşından məcburi olacaq.
Digər ölkələr
30 Avqust , 2019 14:01
Fransada uşaqlar məktəbə üç yaşından gedəcək

Yeni dərs ilindən etibarən Fransada məktəblər uşaqlar üçün 3 yaşından məcburi olacaq.

"Report"un Fransa bürosu xəbər verir ki, bu ilin iyul ayında qəbul edilmiş üç yaşından uşaqların məktəbə yazılmasını məcbur edən qanun sentyabrın 2-dən qüvvəyə minir.

Lakin bu yeni dərs ilində 3-6 yaş arası yalnız 26 000 yeni uşaq məktəbə gedəcək. Çünki bu vaxtadək məcburi olmasa belə 3-6 yaşlı fransalı uşaqların artıq 98 faizi məktəbə gedirdi. 

Son xəbərlər

Orphus sistemi