Fransada hərbi təyyarə uçuş zolağından kənara çıxıb, pilot xəsarət alıb

Fransada hərbi təyyarə uçuş zolağından kənara çıxıb, pilot xəsarət alıb Fransanın Perpinyan şəhərinin hava limanında ölkənin hərbi hava qüvvələrinə məxsus “Dassault Dornier Alpha Jet E” qırıcı təyyarəsi yerə enərkən uçuş zolağından kənara çıxıb və yaxınlıqdakı avtomobil yolunadak hərəkət edib.
Digər ölkələr
25 İyul , 2019 20:34
Fransada hərbi təyyarə uçuş zolağından kənara çıxıb, pilot xəsarət alıb
Courtesy İmage

Fransanın Perpinyan şəhərinin hava limanında ölkənin hərbi hava qüvvələrinə məxsus “Dassault Dornier Alpha Jet E” qırıcı təyyarəsi yerə enərkən uçuş zolağından kənara çıxıb və yaxınlıqdakı avtomobil yolunadak hərəkət edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarəni tərk etməyi bacaran pilot xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, təyyarə havaçılıq festivalına hazırlaşaraq sınaq uçuşlar icra edirmiş.

Son xəbərlər

Orphus sistemi