Fransada təyyarə qəzası baş verib, ölənlər var

Fransada təyyarə qəzası baş verib, ölənlər var Fransanın paytaxtı Parisin şərqində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Digər ölkələr
18 Aprel , 2021 19:41
Fransada təyyarə qəzası baş verib, ölənlər var

Fransanın paytaxtı Paris şəhərinin şərqində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Frans Press Agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hadisə Sen-Patyu kommunasında baş verib.

Belə ki, təlimi uçuşu həyata keçirən təyyarə tarlaya düşüb. Nəticədə dörd nəfər həlak olub.

Hadisə yerində xilasetmə xidməti cəlb edilib. Polis faktla bağlı araşdırmaya başlayıb.

Son xəbərlər

Orphus sistemi